Eldar Həsənov vəkilindən nə xahiş edib?

saytların hazırlanması

Evə çatdırılma

Eldar Həsənov vəkilindən nə xahiş edib?

Kriminal

15 Avqust 2020 07:57 3851


Xəbər verdiyimiz kimi, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov ötən gün məhkəmə önünə çıxarılıb.

“Yeni Sabah” xəbər verir ki, onun vəkili Adil İsmayılov nəhkəmə iclası ilə bağlı açıqlamasında Eldar Həsənovun məhkəmədə ittihamları qəbul etmədiyini bildirib.

Vəkil qeyd edib ki, Eldar Həsənov mətbuata açıqlama verilməməsini xahiş edib: "Mətbuat üçün açıqlama verməməsini xahiş etdi. Bildirdi ki, haqq-ədalət öz yerini tapacaq". Marqarita pizza

Vəkil bildirib ki, Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətləribdən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1-ci (büdcə vəsaitlərini təyinatı üzrə xərcləməmə) maddələri ilə ittiham irəli sürülüb.

Sabiq səfir Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərini mənimsəməkdə, xeyli miqdarda büdcə vəsaitini təyinatı üzrə istifadə etməməkdə, rüşvət almaqda ittiham edilir./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!