Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənov yenidən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanaya qaytarılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə onun vəkili Cavad Cavadov məlumat verib.
Bildirib ki, sabiq səfir oktyabrın 17-də DTX-nin Hərbi Hospitalından təcridxanaya qaytarılıb. pizza hut
Qeyd edək ki, E.Həsənov bir neçə gün əvvəl DTX-nin Hərbi Hospitalına yerləşdirilmişdi. Onun hipertoniya və digər xəstəliklərdən əziyyət çəkdiyi bildirilir.
Telegram kanalımız