Eldar Həsənovun ailəsinin əmlakı qaytarıldı

saytların hazırlanması

Evə çatdırılma

Eldar Həsənovun ailəsinin əmlakı qaytarıldı

Maraqlı

20 Oktyabr 2022 12:44 1082


10 il müddətinə azadlıqdan məhrum edilmiş Azərbaycanın keçmiş Baş prokuroru Eldar Həsənovun kassasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.

Yenisabah.az xəbər verir ki, Ali Məhkəmədə baş tutan prosesdə E. Həsənovun vəkili Cavad Cavadovun qafqazinfo-ya verdiyi açıqlamaya görə, hakim kassasiya şikayətini qismən təmin edib. Sabiq baş prokurorun 3 övladı Anar Həsənov, Emilya Qurbanova və Səbinə Hüseynovanın adına olan əmlakın üzərinə qoyulmuş həbs götürülüb. Habelə həyat yoldaşı Elmira Həsənovanın adına olan əmlakın bir hissəsinə qoyulmuş müsadirə qərarı ləğv edilib.

Vəkil qeyd edib ki, məhkəmə şikayəti qismən təmin etsə də, bunu məmnunluqla qarşılayıblar: "Təmin olunmayan hissə ilə bağlı Avropa İnsan Hüquqlarına Məhkəməsinə müraciət edəcəyik". Toyuqlu pizza

Qeyd edək ki, Eldar Həsənov Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 18 milyon manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunub. O, həmçinin cinayət yolu ilə əldə edildiyini bilə-bilə 12 milyon manata yaxın pulu leqallaşdırmaqda təqsirli bilinib.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Həbs edilən sabiq səfirin bir sıra mülkləri də müsadirə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!