Eldar Mahmudovun övladları yenidən məhkəməyə verildi

saytların hazırlanması

Evə çatdırılma

Eldar Mahmudovun övladları yenidən məhkəməyə verildi

Maraqlı

05 May 2023 14:13 673


Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun övladları - Anar Mahmudov və Nərgiz Mahmudova yenidən məhkəməyə verilib.

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bu barədə Ağarəhimov İlqar Ağarəhimoviç adlı vətəndaş Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq. Pepperoni pizza

Vətəndaş alqı-satqı müqaviləsi üzrə mübahisələri barədə tələb irəli sürüb.

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

İ. Ağarəhimov daha əvvəl də Eldar Mahmudovun övladlarını məhkəməyə vermişdi.

Onun iş adamı olduğu deyilir. İddialara görə, onun Anar Mahmudov və Nərgiz Mahmudovanı məhkəməyə verməsi biznes mübahisələri ilə bağlıdır.

E. Mahmudov 2004-2015-ci illərdə Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsində işləyib. 2015-ci ildə Prezidentin sərəncamı ilə tutuduğu vəzifədən azad olunub. Bundan sonra MTN-də əməliyyatlar başlanılıb. Qurumun yüksək rütbəli vəzifəli şəxsləri həbs edilib.

Həmin vaxt Eldar Mahmudovla bağlı yayılan məlumatlarda onun övladlarının hətta Avropada biznes imperiyası quruduqları iddia edilirdi.

Hazırda həbsdə olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev Eldar Mahmudovla qudadır. Onun qızı Anar Mahmudovun həyat yoldaşıdır.

Nərgiz Mahmudova Eldar Mahmudovun kiçik qızıdır. Onun digər qızı Xurman Mahmudova yazardır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!