Eldəniz Əzizli ikiqat dünya çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Eldəniz Əzizli ikiqat dünya çempionu oldu

İdman

11 Sentyabr 2022 21:02 905


Azərbaycanı Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Eldəniz Əzizli final görüşünə çıxıb.

Yenisabah.az xəbər verir ki, 55 kq çəki dərəcəsində rəqib gürcüstanlı Nuqzari Tsurtsumiya olub. Qarşılaşmanın əvvəlindən təşəbbüsə yiyələnən 30 yaşlı pəhləvan özündən 5 yaş kiçik rəqibini vaxtında əvvəl təmiz qələbə ilə üstələyib - 8:0.

Beləliklə, Əzizli karyerasında ikinci dəfə dünya çempionu olub. O, ilk dünya "qızıl"ını 2018-ci ildə əldə etmişdi. Azərbaycan pəhləvanı bu il və 4 il əvvəl həm də Avropa çempionu olub. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!