“Elə bilirsiniz, onları başlı-başına buraxmışıq?” - Siyavuş Novruzov

saytların hazırlanması

Evə çatdırılma

“Elə bilirsiniz, onları başlı-başına buraxmışıq?” - Siyavuş Novruzov

Siyasət

13 Avqust 2020 00:20 1643


“Yeni Azərbaycan Partiyasının üzvləri televiziyalarda, mətbuatda, o cümlədən sosial şəbəkələrdə çox aktivdirlər”.

Yenisabah.az xəbər verir ki, bunu deputat, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, YAP üzvləri bütün platformalarda aktiv çıxışlar edirlər:

“Baxın bu gün mətbuatda çıxış edənlər kimlərdir? Hamısı YAP-ın üzvləri, deputatlar, ekspertlərdir. Milli Məclisdə də ən çox təklif verən, çıxış edənlər YAP üzvü olan deputatlardır.  Aktiv gənclərin əksəriyyəti  partiyamızın üzvləridir. pizza hut

Bəlkə də mətbuata məlum deyil, amma sosial şəbəkələrin qeydiyyatını aparıblar. Məlum olub ki, 500 minə yaxın YAP üzvü sosial şəbəkələrdə aktivdir”.

Hakim partiyanın üzvlərinin fəaliyyətinin koordinasiya məsələsinə gəlincə, YAP rəsmisi vurğulayıb ki, partiya fəallarının hər birinin istiqaməti, yolu, tapşırıqları var:

“Elə bilirsiniz, onların fəaliyyətini başlı-başına buraxmışıq? Hamısının öz istiqaməti var. Xüsusilə bizim gənclərdən aktiv, məqsədli gənc yoxdur”.  /Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!