“Elə bilirsiniz, yaltaqlıq prezidentin xoşuna gəlir?” – Flora Kərimova

saytların hazırlanması

Evə çatdırılma

“Elə bilirsiniz, yaltaqlıq prezidentin xoşuna gəlir?” – Flora Kərimova

Siyasət

06 Aprel 2019 15:29 1043


“Onlar xoşa gəlmək üçün yaltaqlanırlar. Nəyə görəsə, ağıllarına belə həkk ediblər ki, yaltaqlıq etsələr, işləri düzələcək. Amma başa düşə bilmirlər ki, yaltaqlıq edəndə, o insanı gözdən salır. Tərif olan işlərə görədir, yaltaqlıq isə yalnız özünə görədir”.

“Yeni Sabah” xəbər verir ki, bunu xanq artisti Flora Kərimova BBC Azərbaycan-a müsahibəsində prezidentlə görüşdə mədəniyyət nümayəndələrinin çıxışlarına münasibət bildirərkən deyib. O, bildirib ki, bəzi mədəniyyət xadimləri hər şeyə öz qazancı prizmasından baxır: “Mən yaltaqlığın əleyhinəyəm. Elə bilirsiniz yaltaqlıq prezidentin xoşuna gəlir? Yaltaq mərd insan, yaxşı dost ola bilməz”.

Xalq artisti deyib ki, o ictimai mövqeyimə görə hər zaman vurulub və bu davam edir: “O Tolik var a, dedi ki, mən müxalifətəm. Bunları başa sala bilmirəm ki, ucuz yollara əl atmayın. O Tolik mənə yalvaranda, onu türmədən qurtaranda da, mən müxalifət idim. Niyə gəldin qapımı döydün? Halbuki mən müxalifətlikdən yox, siyasətdən çəkildim. Belə ucuz şeylərə yol atırlar. Amma başa düşə bilmirlər ki, bununla məni gözdən sala bilməzlər”. Pepperoni pizza

F. Kərimova deyib ki, ölkə prezidenti işlər görür, müəyyən addımlaar atır: “O görüşdə müxtəlif xahişlər vardı. Mən bunu başa düşürəm. Amma orada bircə millət vəkili oturmuşdu. Zeynəb Xanlarova. Nə Azərbaycanın dərdini danışdı, nə də təmsil etdiyi rayonun problemlərini. Hamının ağzını yummağa çalışdı. Zeynəb, sənin nəyin çatmır?”. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!