“O vaxt çox güləyən, həyatı sevən bir qiz idim. Yanımdakılar hey deyərdi: ay qız, az gül... Mən indi heç kimə demirəm az gül”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkə hesabında yazıb.
Arxiv fotosunu izləyiciləri ilə bölüşən sənətçi şəhidlərimizi xatırlayıb: pizza mizza
"Arxivi vərəqləyirdim birdən dünyamızın ən sakit, müharibəsiz, qadasız, bəlasız illərindən olan şəklim çıxdı qarşıma. Bu şəkil İraq səfərimdə avtobusda gözəl rəqqasımız Xanlar Bəşirov tərəfindən çəkilmişdi. O illərdə də varlı varlı idi, kasıb isə kasıb. Amma, insanlar rahat, sakit həyat yaşayırdılar. Analar, atalar ağlamırdı...Güləndə də ürəkdən gülürdülər, mənim kimi...
Körpə- körpə şəhidlərin şəklinə baxıb hey ağlayıram. Axı onların ölümə təslim olan vaxtları deyildi. Canınızı bir göz qırpımında necə fəda edə bildiniz, ay balalar?! Bütün dərdlərin şahı şəhidlər. Yatdınız torpağa, bada verdiyiniz canınıza, torpağımıza qarışan ruhunuza qurban olum. Səhifəmdə nə qədər şəhid ailələri var, hamınızın dərdinizə qurban olum"
Telegram kanalımız