“Elə imkanlı şəxslər, nazirlər var ki...” - İbadətlə məşğul olan sabiq nazirdən maraqlı   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Elə imkanlı şəxslər, nazirlər var ki...” - İbadətlə məşğul olan sabiq nazirdən maraqlı AÇIQLAMA

Siyasət

12 İyul 2020 15:19 2556


Baş nazirin sabiq müavini İsmət Abbasov ibadətlə məşğul olur.

Yenisabah.az xəbər verir ki, bu barədə İ.Abbasovun özü Unikal.org-a məlumat verib. O, qeyd edib ki, koronavirus pandemiyası Allahın insanlara imtahanıdır:

“Namaz qılıram, ibadət edirəm.Özüm həmçinin Həcc ziyarətində də olmuşam. Allaha inanmaq lazımdır. Görürsünüz bu gün dünyanı koronavirus bürüyüb. O qədər əyri-əskik işlər oldu ki, bunlar onun nəticəsidir. Bu gün varlı da, kasıb da evə sığınıb.Varlıların pulu da onların köməyinə çatmır. Elə imkanlı şəxslər, nazirlər var ki, imkanları olduğu halda xaricə gedib, özlərini müalicə etdirə bilmirlər”. Toyuqlu pizza

Qeyd edək ki, İsmət Abbasov 2004-2013-cü illərdə Kənd Təsərrüfatı naziri, 2013-cü ildən 2018-ci ilə qədər isə Baş Nazirin müavini vəzifəsində işləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!