“Elə özümüzünkünü yetişdir də...” - Xalq artistindən qınaq

saytların hazırlanması

Evə çatdırılma

“Elə özümüzünkünü yetişdir də...” - Xalq artistindən qınaq

Mədəniyyət

12 Yanvar 2025 12:58 2864


“Mən belə düşünürəm ki, çalışmaq lazımdır ki, öz aktyor aktrisalarımızı filmlərimizə çəkək. Nəinki xaricdən dəvət edək. Ordan-burdan niyə aktyor tapmalıyıq ki? Onların bizim kino mətbəximizə nə aidiyyatları var? Aktyorları özümüz yetişdirməliyik. Universitetdən tutmuş kino sahəsində çalışan adamlara qədər hamı bunu düşünməlidir. Bizə qədər estafeti ötürüblər, amma biz bunu bu gün edə bilmirik. Çünki əlimizdə heç nə yoxdur. Bu zəncir qırılıb”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev deyib. O daha sonra aktyor sənətində təcrübənin çox vacib olduğunu vurğulayıb:

 “Səhv etmirəmsə Xaçmazda və Qubada qiyabi dram və kino aktyoru fakültəsi açmışdılar. Belə şey olar? Başqa sənətləri qiyabi oxumaq olar, aktyor və rejissor sənətini sən necə qiyabi oxuya bilərsən? Onlar gündəlik məşq etməlidirlər. Hər şey təhsildən və təcrübədən başlayır. Praktikada film çəkməlidirlər. Nəzəri cəhətdən onları universitetdə hazırlayırlar, bu işi həyata keçirmək üçün axı praktika olmalıdır” deyə sənətkar bildirib. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!