“Əsgərlərimiz dumanlı hava şəraitində yollarını azıblar. Eləcə də onların yolları Qafandakı mis-molibden zavodunun yaxınlığından yox, ondan xeyli aralıdan keçib”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O, ötən gün Qafanda ermənilərə əsir düşən Azərbaycan ordusunun hərbçisi Axundov Hüseyn Əhliman oğlunun sosial şəbəkələrin erməni seqmentində qatil kimi təqdim edilməsi məsələsinə toxunub. pizza sifarişi
Xatırladaq ki, hərbçimizin ələ keçirilməsindən sonra bir sıra erməni KİV və “Telegram” kanalları Qafandakı mis-molibden mədəninin 56 yaşlı mühafizəçisinin qətlə yetirilməsini məhz əsgərimizin boynuna yıxmağa çalışıb.
Q.Hüseynli deyib ki, ermənilərin ididasına görə, guya öldürülən mühafizəçinin telefonu əsgərlərimizdən birində tapılıb:
“Lakin sonradan başqa bir qəzet də yazdı ki, həmin telefon mis-molibden zavodundan bir neçə km. aralıda, yolun kənarında tapılıb. Yəni öldürülən adamın telefonunun əsgərimizdən tapılması başdan-ayağa yanlış bir fərziyyə və ermənilərin düzüb qoşmasıdır. Bu adamlar silahsız olub və bir-birindən aralı düşüblər. Aqşin Bəbirovu kənddə dərhal tutublar, Hüseyn Axundov isə qaçaraq, uzaqlaşıb.
Bundan sonra ermənilər Azərbaycan Ordusunun əsgərləri barəsində gah fərari, gah da ordudakı nizam-intizamsızlığa, “dedovşina”ya dözməyərək başını götürüb Ermənistana qaçan bir obraz yaratmaq istədilər. İndi də ondan cinayətkar obrazı düzəltməklə Azərbaycan əleyhinə qarayaxma, iftira və böhtanlar yağdırmaq istəyirlər”.
Siyasi analitik vurğulayıb ki, şərəfli Azərbaycan əsgəri sadəcə olaraq bir xəta törədib və təbiətin şıltaqlığı ilə əlaqədar olaraq yolunu azıb:
“İndi ona qarşı nə qədər müxtəlif iftira və böhtanlar yağdıracaqlar, gəl-görəsən... Çünki erməni fantaziyasından hər şey gözləmək olur. Əvvəl-axır əsgərlərimiz geri qaytarılacaq və onda hər şey aydın olacaq. Ermənilər müharibənin 2 ildən çoxdur ki, başa çatmasına baxmayaraq, hələ də mənfur mənəviyyatlarından və iyrənc əxlaqlarından əl çəkmək istəmirlər. Bu xalq bütövlükdə əxlaqı, mənəviyyatı pozulmuş, tamamilə insanlıqdan çıxmış, bəşəri dəyərlərdən uzaq düşmüş avara və qaraçı bir toplumdur”.
Müsahibimizin fikrincə, ermənilərin fantaziyalarının sonu yoxdur və onlar müxtəlif şeyləri düşünüb tapacaqlar:
“Ola bilsin ki, Azərbaycanın hərbi əsir adlandırmadığı erməni terrorçuları ilə hərbçilərimizi dəyişdirməyə, yaxud da ki, əsgərlərimizi sıxışdırıb guya ki, üçüncü bir ölkəyə getmək istəməsi ilə bağlı müxtəlif məsələləri də onun adına yazmağa çalışacaqlar. Bu millət çox alçaqdır.
O ki qaldı Azərbaycanın hərbi əsirləri həmin terrorçularla başa-baş dəyişməsinə, bu barədə dəqiq nəsə deyə bilmərəm. Bildiyim tək şey odur ki, o əsgərlərin anaları qan ağlayır, gözləri yaş qalıb. Həmin əsgərlərin timsalında isə Azərbaycan Ordusuna ciddi böhtanlar atılır. Ona görə də onların qaytarılması üçün bütün yollardan istifadə edilməlidir”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız