“Elə təkliflər irəli sürməliyik ki...” –   “Qarlar ölkəsi”ndən olanlara qar bəyəndirə biləcəyik?

saytların hazırlanması

Evə çatdırılma

“Elə təkliflər irəli sürməliyik ki...” – “Qarlar ölkəsi”ndən olanlara qar bəyəndirə biləcəyik?

İqtisadiyyat

30 Oktyabr 2019 07:04 1701


Xəbər veridiymiz kimi, Rusiyanın paytaxtı Moskvada “Qış mövsümündə Azərbaycanda turizm imkanları” mövzusuna həsr olunmuş seminar keçirilib. Dövlət Turizm agentliyindən verilən məlumata görə, seminarda Rusiyanın 100-ə yaxın turoperatoru, turagenti və turizm sənayesinin nümayəndələri iştirak ediblər.

“Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi xizək kurortlarının nümayəndələri tərəfindən Azərbaycanın qış turizmi imkanları, dağ-xizək mərkəzlərində təqdim olunan xidmətlər haqqında ətraflı məlumat verilib. Tədbirdə həmçinin Qəbələdəki sağlamlıq və özünübərpa turizmi üzrə fəaliyyət və xidmətlərindən danışılıb, Qəbələ şəhərinin qədim müalicə adət-ənənələrindən və sanatoriyalarından bəhs olunub. Tədbir çərçivəsində vurğulanıb ki, rusiyalı turistlərin qış aylarında istirahət destinasiyası olaraq seçdikləri ölkələr arasında Azərbaycan ilk sıralardadır, həmçinin dekabr ayından mart ayınadək davam edən qış turizm mövsümündə ölkəmizə gələn Rusiyadan olan ziyarətçilərin sayı ildən-ilə artmaqdadır.

Qeyd olunub ki, 2018-ci ilin dekabrından etibarən Moskvada Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir. 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən rusiyalı turistlərin sayı 724 730 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 5,3% artım deməkdir. Dördpendirli pizza

Nəzərə alsaq ki, Rusiyanın iqlim şəraiti ilə əlaqədar olaraq, orada ilin təxminən 9 ayı qış mövsümü kimi keçir. əksinə Azərbaycanda qış mövsümü elə də sərt keçmir. Hətta turistləri cəlb etmək üçün süni qara da müraciət olunur. Belə ki, Qusarda inşa olunan “Şahdağ” qış-yay turizm kompleksində süni qar buraxan qurğular işə salınıb. Qurğular Qusarçaydan suyu alaraq onu qara çevirib, kompleks ərazisinə püskürür Bəs keçirilmiş seminar ölkəmizə nə qədər turist cəlb edə bilər? Bununla bağlı çəkilən əziyyətə dəyəcəkmi?

Mövzu ilə əlaqədar iqtisadi ekspert Natiq Cəfərli “Yeni Sabah”a öz münasibətini bildirib. O bildirib ki, rəqiblərimizi qabaqlamaq üçün düzgün və cəlbedici təkliflər verməliyik:

“Əslində bu tipli seminarların keçirilməsi özü-özlüyündə pis məsələ deyil. Sadəcə bu doğurdan da hədəfə hesablanmış məsələdirsə, o zaman müəyyən effekt verir. Azərbaycanda tanıtım problemlərinin olması ilə yanaşı xidmətin bahalığı, keyfiyyəti ilə də bağlı məsələlər də var. Əslində Rusiyananın yay turizmi ilə bağlı problemləri var. İnsanlar daha çox Soçiyə, birdə işğal olunmuş Krım yarımadasınada gedirlər. Amma Rusiya da qış turizmi ilə əlaqədar kifayət qədər şəbəkə mövcuddur. Çünki elə Rusiyada ilin 8-9 ayı qış mövsümü kimi keçir. Ona görə də əgər biz qış mövsümü ilə əlaqədar turist qəbul etmək istəyiriksə, o zaman elə təkliflər irəli sürməliyik ki, rus turistin qışda Azərbaycana gəlməyə marağı yaransın. 

Mən düşünmürəm ki, indiki xidmətlə, qiymətlə, təşkilatçılıqla rus turistlərini Azərbaycana cəlb etmək belə asan olsun. Çünki Azərbaycanda qiymətləri nəzərə alsaq, 10-15 günlük istirahət az qala Avropanın ən yaxş qış kurortlarında eyni müddətdə qalmağa bərabər olur. Məsələn, Şahdağın özündə də qiymətlər çox bahadır, yemək xərcidə, yol xərcidə. Yeri gəlmişkən bu çox önəmlidir, turistin fikir verdiyi ən əsas məsələ qiymət məsələsidir. Bir turist Şahdağa gəlmək üçün əvvəlcə Bakıya gəlməlidir, bunun çün bilet alınmalıdır ki, bu da baha-başa gəlir, bütün bunlardan sonra hələ Bakıdan Şahdağa gəlməlidir. Bunun üçün çox maraqlı təkliflər olunmalıdır”.

Tanınmış ekspert qonşu ölkələrin bu sahədə bizdən erkən tərpəndiyini də vurğulayıb:

“Bizim çox maraqlı bir vəziyyətimiz var. İstər yay turizmi, istərsə də qış turizmində bizim rəqiblərimiz elə qonşularımızdır. Məsələn, Türkiyə və Gürcüstan turizmə erkən başlayıblar. Türkiyə 80-ci illərdə artıq bu sektora xüsusi önəm verməyə başlayıb. Türkiyə artıq turist sayısına görə ilk onluqa daxil olub. Gürcüstanda azı 10 il bizdən tez turizm sahəsinin inkişafına başlayıb. Ona görə Gürcüstanın tanıtımı, bilətlərin, xidmətin ucuz olması turistlər üçün daha cəlbedici hala gətirib.  Biz daha gec başladığımız üçün rəqiblərimizdən daha yaxşı təklif irəli sürməliyik. 

Turisti harasa zorla cəlb etmək mümkün deyil. Misal üçün, Gürcüstanda hansı bölgəsindəki qış turizmi inkişaf edib, o bölgənin qiyməti, xidməti ilə maraqlanmalıyıq. Daha sonra onlardan daha ucuz qiymətli, lakin keyfiyyəti yüksək təkliflər irəli sürməliyik. İnanın ki, azərbaycanlı ailələr qeyd edirlər ki, Azərbaycanda Şahdağa getmək daha baha-başa gəlir, nəinki Gürcüstana getmək. Bu məsələlərə fikir verilməsə, nə qədərdə seminar keçirsək, biz uğur qazanmayacağıq”.

Sabrina

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!