Elektrik cərəyanı ilə balıq ovlayanlar saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Elektrik cərəyanı ilə balıq ovlayanlar saxlanıldı

Maraqlı

25 Yanvar 2023 13:36 645


Elektrik avadanlığından istifadə ilə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon qeyri-qanuni balıq ovu ilə məşğul olan rayonun poylu qəsəbə sakinləri Rəşad Qurbanov və Katib Hüseynov saxlanılıb.

Yoxlama zamanı onlardan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd akkumlyator, 1 ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, ovladıqları balıq və digər əşyalar götürülərək polis əməkdaşları tərəfindən protokollaşdırılıb. Toyuqlu pizza

Faktla bağlı araşdırmalar davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!