Elektrik enerjisi limiti artırıla bilər - Nazirdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Elektrik enerjisi limiti artırıla bilər - Nazirdən açıqlama

Sosial

30 Mart 2020 22:27 1055


“Əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması proqramı da təkliflər arasındadır”.

Yenisabah.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov AZTV-nin “Hədəf” proqramında dilə gətirib.

Nazir bildirib ki, karantin şərtlərinə görə insanlar evdə qalmalıdır və buna görə də elektrik enerjisinin sərfiyyatı arta bilər: pizza mizza

“Biz bilirik ki, karantinin şərtlərindən, tələblərindən biri ondan ibarətdir ki, insanlar daha çox vaxtlarını evlərində keçirsinlər. Bu da, təbii olaraq, elektrik enerjisinin istehlakının artmasına gətirib çıxarır.

Xüsusən limitdən istifadə edən əhalinin həssas qrupları üçün bu nəzərə alınır.

Bu iş, əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!