Elektrik naqillərini oğurlayan saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Elektrik naqillərini oğurlayan saxlanıldı

Kriminal

10 İyun 2019 11:28 971


İyunun 9-da Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini ona məxsus həyət evindən naməlum şəxs və ya şəxslər tərəfindən elektrik naqillərinin oğurlanması barədə məlumat verib.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, daxil olmuş müraciət əsasında ŞPŞ-nin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

“İsti izlər”lə keçirilmiş tədbirlərlə oğurluğu edən şəxsin 22 yaşlı şəhər sakini Bəhruz Səmədov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. pizza sifarişi

Faktla bağlı ŞPŞ-də saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!