Elektromobillər: Həm müsbət, həm də mənfi cəhətlər mövcuddur

saytların hazırlanması

Evə çatdırılma

Elektromobillər: Həm müsbət, həm də mənfi cəhətlər mövcuddur

Sosial

27 Avqust 2025 11:18 682


“Elektromobillərin həm müsbət, həm də mənfi cəhətləri mövcuddur”.

Bunu "Yeni Sabah"a nəqliyyat eksperti Eldar Bəşirov bildirib.

“Onların əsas üstünlüyü yanacağa sərf edilən xərclərin azalmasıdır. Akkumulyator doldurulduqda müəyyən modellər 400-500 kilometr məsafə qət edə bilir və bu, gündəlik istifadə üçün kifayət qədər sərfəlidir. Eyni zamanda, ekoloji baxımdan da üstünlükləri göz qabağındadır, çünki işlənmiş qazların atmosferə atılması demək olar ki, mövcud deyil. Bu isə gələcək nəsillər üçün daha təmiz bir mühit deməkdir", - deyə Eldar Bəşirov vurğulayıb..  pizza mizza

Ekspert mənfi cəhətləri də sadalayıb: "500 kilometr məsafə göstərilsə də, real şəraitdə bu rəqəm çox vaxt 200-300 kilometrə qədər azalır. Bunun səbəbi əlavə enerjinin soyutma sisteminə və digər avadanlıqlara sərf edilməsidir.

Digər mühüm məqam isə akkumulyatorun həddindən artıq qızmasıdır. Soyutma sistemi normal işləmədikdə təhlükəli vəziyyətlər, hətta partlayış riski də yarana bilər. Bundan başqa, bəzi araşdırmalarda elektromobillərin elektromaqnit dalğalarının insan sağlamlığına təsirləri barədə narahatlıqlar səsləndirilir. Orqanizmə zərərlər dünya təcrübəsində artmaqda davam edir. Elektromaqnit dalğaları sonsuzluğa gətirib çıxarır.

Bu məsələ hələlik tam təsdiqlənməsə də, müzakirə predmeti olaraq qalır. Lakin bu kimi risklərin var olduğunu bilən alıcılar həmin avtomobilləri almaqdan imtina edir.

Ən böyük çətinliklərdən biri isə ölkəmizdə, xüsusilə də rayonlarda doldurma məntəqələrinin azlığıdır. Bununla belə, elektromobillərin ekoloji baxımdan üstünlükləri nəzərə alınaraq, gələcəkdə onların istifadəsinin daha da artacağı gözlənilir”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!