Elektron qolbaq daşıyan məhkum oğurluq edib -   Video

saytların hazırlanması

Evə çatdırılma

Elektron qolbaq daşıyan məhkum oğurluq edib - Video

Kriminal

03 May 2021 16:20 972


Paytaxtın Səbail rayonu ərazisində yerləşən evlərdən oğurluq edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Hüsü Quliyev və Aslan Əsgərov tutulublar. Bu şəxslər Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 3 mənzildən ümümi dəyəri 5 min manata yaxın olan təmir-tikinti və məişət alətləri oğurlayıblar.

Qeyd edək ki, saxlanılan şəxslərdən biri Hüsü Quliyev azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsdir. O, məhkumlar üçün nəzərdə tutulan elektron qolbaqla təchiz edilib. Buna baxmayaraq H.Quliyev oğurluq etdiyi üçün yenidən saxlanılıb. Dördpendirli pizza

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb.

Saxlanılanların digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!