Elektron siqaret çəkənlər 115 dollar cərimələnəcək

saytların hazırlanması

Evə çatdırılma

Elektron siqaret çəkənlər 115 dollar cərimələnəcək

Dünya

22 Noyabr 2024 17:45 1108


Qırğızıstanda 2025-ci il iyulun 1-dən ölkəyə elektron siqaretlərin idxalına, satışına və çəkilməsinə qadağa tətbiq olunacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə prezident Sadır Japarov qanun imzalayıb.

Qanuna əsasən, elektron siqaretlərin çəkilməsi fiziki şəxslər üçün 10 min som (115 dollar), hüquqi şəxslər üçün 60 min som (690 dollar) cərimə ilə nəticələnəcək. Elektron siqaretlərin satışına görə cərimə 20 min som (230 dollar), hüquqi şəxslər üçün 65 min som (750 dollar) olacaq. Marqarita pizza

Bundan əlavə, elektron siqaretlərin qanunsuz idxalına görə qanun islah işləri və ya 100-120 min som (1380 dollara qədər) məbləğində cərimə nəzərdə tutur. Elektron siqaretlərin külli miqdarda və ya xüsusilə külli miqdarda idxalına görə 200 min soma (2300 ABŞ dolları) qədər cərimə və ya bir ildən iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!