“Eləmişəm, get işinlə məşğul ol!” – Pənah Hüseynə QƏRİBƏ CAVAB

saytların hazırlanması

Evə çatdırılma

“Eləmişəm, get işinlə məşğul ol!” – Pənah Hüseynə QƏRİBƏ CAVAB

Siyasət

28 Fevral 2025 17:31 1115


“Bu, maraqlı hadisə idi. Kiprə getmişdim. Hava limanında jurnalistlər məndən müsahibə götürdü. Əlaqələr və münasibətlər barədə soruşulanda dedim ki, Azərbaycan mütləq Şimali Kiprin müstəqilliyini tanıyacaq. Bu gün olmasa belə, sabah. Mən də o vaxt hələ nazir deyildim, baş nazirin müavini idim. Sən demə, bu müsahibəyə yunanlar da baxırmış”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri sabiq təhsil naziri, professor Firudin Cəlilov "YouTube” platformasında yayımlanan “VIII GÜN” adlı verilişinə müsahibəsi zamanı deyib.

O, məlum hadisəyə sabiq baş nazir Pənah Hüseyn və mərhum prezident Əbülfəz Elçibəyin reaksiyasından da danışıb: pizza sifarişi

“Mən Bakıya qayıdanda Pənah Hüseyn zəng edib dedi ki, aləmi qatmısan bir-birinə. Dedim, daha eləmişəm, get işinlə məşğul ol. Pənah Hüseyn Elçibəyə məndən şikayət etmişdi ki, bəs yunan dövləti bizə etiraz notası göndərib. Elçibəyə hadisəni eşidəndən danışandan sonra deyib ki, Firudin düz eləyib”. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!