Ələt-Astara avtomobil yolunda yol qəzası baş verib.
APA-nın Cənub bürosunun məlumatına görə, hadisə yolun 105-ci km-də qeydə alınıb. "Nissan" markalı minik avtomobili maneəyə çırpılması nəticəsində yaralılar var.
Əraziyə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım avtomobilləri cəlb olunub. Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir. pizza mizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız