Elgiz Rövşanədən üzr istədi: “Canımla əlləşirəm”

saytların hazırlanması

Evə çatdırılma

Elgiz Rövşanədən üzr istədi: “Canımla əlləşirəm”

Şou

13 İyul 2024 10:39 1225


Tanınmış aparıcı Elgiz Əkbər həmkarı Rövşanə Ağasəfqızından canlı edirdə üzr istəyib. 

Belə ki, buna səbəb bir neçə gün əvvəl Əməkdar artist Qorxmaz Əlilinin "Elgizlə izlə" verilişində aparıcı Rövşanə Ağasəfqızını sərt tənqid etməsi olub. 

Yenisabah.az xəbər verir ki, növbəti dəfə verilişin qonağı olan aktyor aparıcını tərbiyəsiz adlandırmadığını və sözlərinin yanlış anlaşıldığını bildirib.  Pepperoni pizza

Elgiz Əkbər də  həmkarına təriflər yağdıraraq ondan üzr istəyib:

"Rövşanə xanım deyir ki, "İllərdir dostluq edirik. Birlikdə çalışımışıq, evimə gələn insansan". Dediklərinin hamısı da düzdür. Mən də and içməkdən ölmüşəm ki, canımla əlləşirdim. Xəstə idim, 10 gündür özümə gələ bilmirdim. Yaman günə düşmüşəm. Buradan bildirirəm ki, dediklərinizin hamısı düzdür. Rövşanə xanımın elm sahəsində fəaliyyəti var. Gözəl televiziyaçı, pedaqoq, ana, yaxşı bir nəslin nümayəndəsidir. Verilişdə əgər belə bir şey olubsa, mən şəxsən üzr istəyirəm. Sən hər şeyin ən gözəlinə layiqsən". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!