Əli cibində Olimpiadada medal qazandı, gündəm oldu - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Əli cibində Olimpiadada medal qazandı, gündəm oldu - VİDEO

İdman

01 Avqust 2024 14:20 822


Paris-2024 Yay Olimpiya Oyunlarında Türkiyəyə atıcılıq yarışlarında gümüş medal qazandıran Yusuf Dikeç dünyanın gündəmi olub.

Yenisabah.az xəbər verir ki, buna səbəb onun 10 metr məsafəyə pnevmatik tapançadan atış zamanı qulaqlıqdan və xüsusi eynəkdən istifadə etməməsi olub.

51 yaşlı idmançı əlini cibinə qoyaraq atış edib və Olimpiadanın gümüş medalına sahib olub. Dominos pizza

Yusuf Dikeç Türkiyə polis orqanlarında işləyib. Bundan öncə isə 4 dəfə Olimpiya Oyunlarına qatılıb. Lakin heç birində uğurlu ola bilməyib.

Paris-2024-dən əvvəl isə o, bu dəfə hədəfinə çatacağını və Olimpiadada medal qazanacağını bildirib. O, istəyinə çataraq medalçılar sırasına düşə bilib./qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!