“Əli Əhmədov Baş Nazirin müavinidir, YAP-çı korrupsionerlər üçün, guya, utanır, təəssüf edir”.
“Yeni Sabah” xəbər verir ki, bunu iqtsadçı ekspert Natiq Cəfərli sosial şəbəkədə yazıb. O, qeyd edib ki, Ə. Əhmədovun rəsmi maaşı 2160 manatdır; “Vergiləri çıxsan, ayda təqribən 1800 manat pul almalıdır. Əli müəllimin evlərini, sürdüyü maşınları, obyektlərini heç kim görmür, bilmir, eşitməyib?! Bəlkə öz yerinə də utanır, bəlkə özünə görə də təəssüf hissi keçirir - bilən var bunu?!
Ölkədə nazirlərin maaşı 1925 manatdır, vergiləri çıxsan 1650 manat civarında pul almalıdırlar. Bəyəm onların villalarını, maşınlarını, obyektlərini görən yoxdur?! pizza
Ölkədə ən şəffaf sahə korrupsiyadır - hamı hər şeyi çox gözəl bilir. İstənilən taksiyə oturursan, məsələn, deyirsən ki, sür flan restorana, həmən soruşur ki, flankəsin restoranını deyirsən?! Yəni, 3 taksi sürücüsünün məlumatı əsasında, 3 müstəntiq, 3 hakim ölkədə 3 günə bütün korrupsionerləri həbs edə bilər. Hə də, bir şərtlə ki, siyasi iradə olsun”.
Telegram kanalımız