Əli Əhmədovla bağlı şok plan - Adil Əliyevin yerinə gətirilir 

saytların hazırlanması

Evə çatdırılma

Əli Əhmədovla bağlı şok plan - Adil Əliyevin yerinə gətirilir 

Siyasət

17 İyul 2024 16:56 2854


Hakim Yeni Azərbaycan Partiyasının sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlaması ciddi müzakirələrə səbəb olub. Kifayət qədər məşhur şəxsləri qapı arxasında qoyan iqtidar partiyası seçki mübarizəsinə sürpriz isimlərlə qoşulub. 

Yenisabah.az xəbər verir ki, YAP-ın deputatlığa namizədlərinin siyahısında baş nazirin müavini Əli Əhmədovun da adı var. Hökümətdə yüksək post tutan məşhur YAP-çının deputatlığa namizəd olması çoxsaylı suallar doğurub. 

“Yeni Sabah” bu məsələnin təfərrüatını öyrənə bilib.  Marqarita pizza

Hakimiyyətdə yüksək post tutan şəxslərdən biri saytımıza açıqlamasında Əli Əhmədovun namizədliyinin YAP tərəfindən irəli sürülməsinin təsadüfi olmadığını bildirib. Qeyd edib ki, məşhur YAP-çı yaxın günlərdə tutduğu postdan - Baş nazirin müavini vəzifəsindən istefa verərək, seçki mübarizəsinə qoşulacaq. Mənbə deyib ki, Əli Əhmədovun Milli Məclisin rəhbərliyində təmsil olunması nəzərdə tutulub. O, sabiq vitse-spiker Adil Əliyevi əvəzləyəcək. 

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!