Əli Əliyev Prezident Administrasiyasında olub

saytların hazırlanması

Evə çatdırılma

Əli Əliyev Prezident Administrasiyasında olub

Siyasət

18 İyun 2020 15:27 1974


Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Prezident Administrasiyasının Qanunverici hakimiyyət və Siyasi partiyalarla iş şöbəsinin sektor müdiri Səbinə Salmanova ilə görüşüb.

Bu barədə Yenisabah.az-a Əli Əliyev özü məlumat verib. Partiya sədri qeyd edib ki, şöbə müdiri Ədalət Vəliyev pandemiya dövründə heç kimlə görüşmədiyi üçün onu Səbinə Salmanova qəbul edib. Görüşdə PA-nın şöbə müdiri professor Ədalət Vəliyevin köməkçisi də iştirak edib.

“Xeyli vacib məsələni müzakirə etdik. Qarşı tərəfi və bizi maraqlandıran bir çox suallara aydınlıq gətirdik. Hərəmiz öz mövqeyimizdə qalsaq da, müzakirədə arqumentləri dinlədik.  Sezar pizza

Görüş PA təmsilçilərinin təşəbbüsü ilə baş tutmuşdu. Fikrimcə, belə təmaslar mühümdür. Uzaqdan fərqli görünən bəzi məsələlər müzakirələrdə başqa cür görünür. Faydalı olduğu qənaətindəyəm. Əsas mövqeyi qorumaq, siyasi tezislərdə sabitqədəm olmaq və fəaliyyətdə şəffaf qalmaqdır” – deyə, Əli Əliyev qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!