Əli Əsədov Artur Rəsizadənin imzaladığı daha bir  qərarı ləğv etdi

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov Artur Rəsizadənin imzaladığı daha bir qərarı ləğv etdi

Sosial

26 Dekabr 2019 07:09 1117


Nazirlər Kabineti “Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair Normalar”ın təsdiq edilməsi haqqında” qərarı ləğv edib.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərarla “Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair Normalar”ın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2017-ci il 7 iyul tarixli 279 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1477;2018, № 7 (II kitab), maddə 1657) ləğv olunub. pizza hut

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair normalar o zamankı Baş Nazir Artur Rasi-zadənin 2017-ci il 7 iyul tarixli 279 nömrəli qərarı ilə təsdiq edilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!