Əli Əsədov Azərbaycanın Belarusdakı səfirliyini ziyarət etdi

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov Azərbaycanın Belarusdakı səfirliyini ziyarət etdi

Siyasət

03 Oktyabr 2024 19:40 598


Azərbaycanın Baş naziri Əli Əsədov rəsmi səfəri çərçivəsində ölkəmizin Belarusdakı səfirliyini ziyarət edib.

Bu barədə Oxu.Az "Belta.by" nəşrinə istinadən xəbər verir.

Səfər zamanı Əli Əsədov diplomatlar qarşısında çıxış edib və qarşıda duran əsas vəzifələrdən, eləcə də ikitərəfli münasibətlərin inkişafı istiqamətlərindən danışıb. Dördpendirli pizza

Azərbaycanın Belarusdakı səfirliyinin müşaviri Mahir Hacıyev qeyd edib ki, baş nazir görüşdə ölkələrimiz arasında əlaqələrin səviyyəsindən bəhs edib.

Onun sözlərinə görə, iki dövlətin liderlərinin sayəsində Azərbaycan və Belarus arasında münasibətlər ən yüksək səviyyədədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!