Əli Əsədov bu bina ilə bağlı iki nazirliyə tapşırıq verdi

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov bu bina ilə bağlı iki nazirliyə tapşırıq verdi

Sosial

27 Noyabr 2019 13:16 982


Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Buxta küçəsi 9 ünvanında yerləşən qəzalı bina ilə bağlı Baş Nazir Əli Əsədova müraciət edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

"Səbail rayonu Buxta küçəsi 9 ünvanında yerləşən qəzalı bina ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun Baş Nazirə müraciətinə baxılıb. Baş Nazirin müavini Əli Əhmədov tərəfindən bu məsələ ilə bağlı Maliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinə zəruri tədbirlər görülməsi tapşırılıb", deyə İ.Məmmədov vurğulayıb. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!