Əli Əsədov bu şəxslərin maaşı ilə bağlı qərar imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov bu şəxslərin maaşı ilə bağlı qərar imzaladı

Sosial

18 Aprel 2025 13:57 973


Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb Baş İdarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri yeni redaksiyada təsdiq edilib.

“Yeni Sabah” xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb.

Həmin qərarla “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Penitensiar xidmətinin və Tibb Baş İdarəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının aylıq vəzifə maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib. Marqarita pizza

Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tövsiyə olunub ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri barədə müvafiq qərar qəbul etsin.

Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!