Əli Əsədov dərman vasitələr ilə bağlı qərarı təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov dərman vasitələr ilə bağlı qərarı təsdiqlədi

Sosial

27 Dekabr 2019 16:19 1027


Nazirlər Kabineti "Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası"nı təsdiqləyib.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Dərman vasitələrinin ekspertizasının aparılması qaydası dərman vasitələrinin dövlət qeydiyyatı və onların keyfiyyətinə nəzarətin gücləndirilməsi məqsədilə hazırlanmışdır və ölkə ərazisinə idxalı zamanı, habelə dövlət orqanlarının və fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında dərman vasitələrinin ekspertizasının aparılmasının icra mexanizmini tənzimləyir. pizza hut

Dərman vasitələrinin ekspertizasının aparılması qaydasının qeydiyyat qaydalarından ayrılıqda müəyyən olunması bu sahədəki qeyri-müəyyənliyin aradan qaldırılmasına şərait yaradacaqdır. Eyni zamanda dərman vasitələrinin keyfiyyətinin, təhlükəsizliyinin və effektivliyinin müəyyən edilməsi məqsədilə onların ekspertizasının aparılması bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına imkan yaradacaq və əhalinin sağlamlığının təmin edilməsinə xidmət edəcəkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!