Əli Əsədov Ersin Tatarla görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov Ersin Tatarla görüşdü

Siyasət

02 İyul 2025 20:14 314


Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 2-də Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) müşahidəçi dövlət statusuna malik olan Şimali Kiprin prezidentinin İƏT-in Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşündə iştirakının önəmi vurğulanıb. pizza hut

Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında son dövrdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirildiyi qeyd edilib.

Söhbət zamanı bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!