Əli Əsədov Gürcüstan prezidenti ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov Gürcüstan prezidenti ilə görüşdü

Siyasət

15 Aprel 2025 20:47 257


Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Bakıya rəsmi səfəri çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov ilə görüşüb.

Bu barədə Oxu.Az Gürcüstan prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumata istinadla xəbər verir.

Məlumata görə, söhbətin əsas mövzuları iki ölkə arasında strateji tərəfdaşlığın əsas istiqamətləri və müxtəlif sahələrdə, o cümlədən çoxtərəfli regional və beynəlxalq formatlarda uğurlu qarşılıqlı əlaqə olub: Sezar pizza

"Görüş zamanı ticari-iqtisadi əlaqələrin gələcək dərinləşdirilməsinə və birgə regional layihələrə diqqət ayrılıb. Orta Dəhlizin yükdaşımaların artırılması baxımından vacibliyi qeyd edilib. Cənubi Qafqaz regionunda sülh və sabitliyin vacibliyi vurğulanıb. Mixeil Kavelaşvili Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərilən dəyişməz dəstəyə görə Azərbaycanın baş nazirinə təşəkkür edib", - məlumatda deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!