Əli Əsədov pakistanlı nazirlə strateji tərəfdaşlıq məsələlərini müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov pakistanlı nazirlə strateji tərəfdaşlıq məsələlərini müzakirə etdi

Siyasət

31 Yanvar 2025 21:23 208


Azərbaycanın Baş naziri Əli Əsədov yanvarın 31-də Pakistan İslam Respublikasının özəlləşdirmə, investisiya və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə edilib. Toyuqlu pizza

Azərbaycan Prezidentinin ötən il Pakistana baş tutmuş dövlət səfəri nəticəsində ölkələrarası münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu vurğulanıb.

Söhbət zamanı Azərbaycan-Pakistan strateji tərəfdaşlıq əlaqələrinin iqtisadiyyat, ticarət, sərmayələr və qarşılıqlı maraq doğuran digər sahələrdə inkişaf perspektivləri müzakirə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!