Əli Əsədov qərar imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov qərar imzaladı

Sosial

28 Oktyabr 2025 15:57 2200


Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması qaydası təsdiqlənib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qiymətləndirmənin məqsədi Azərbaycan ərazisində minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin qanuna, minatəmizləmə fəaliyyətinə dair tələblərə, standart əməliyyat prosedurlarına (SƏP) və mina əleyhinə beynəlxalq standartlara uyğun olaraq minatəmizləmə fəaliyyətini planlaşdırmaq, idarə etmək və həyata keçirmək imkanlarına malik olduğunu müəyyən etməkdir. Sezar pizza

Dövlət orqanları və şəxslərin qiymətləndirilməsini Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) həyata keçirəcək.

Qiymətləndirmə dövlət orqanları və şəxslərin rəsmi müraciətləri əsasında aparılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!