Əli Əsədov qərar imzaladı: Maliyyə yardımında dəyişiklik

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov qərar imzaladı: Maliyyə yardımında dəyişiklik

Sosial

14 Oktyabr 2025 10:57 1563


Nazirlər Kabineti 2 iyun 2023-cü il tarixli "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.

Qərara əsasən, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə digər dövlət qurumları (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Neft Şirkəti, "Azərenerji" və "Azərişıq" ASC-lər) bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. Sezar pizza

Həmçinin Agentliyə kommunal xidmətlər göstərən digər dövlət müəssisələri ilə birgə maliyyə yardımının məbləğinin dəqiqləşdirilməsi üçün göndərilən sorğu əsasında sahibkarların istehlak etdiyi, dəyərini ödədiyi kommunal xidmətlərlə əlaqədar ödənişlərin həcmi barədə aylıq məlumatları 5 iş günü müddətində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim etmək tapşırılıb.

Bundan başqa, Agentlik işğaldan azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarında istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara istehlak olunan kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) üzrə maliyyə yardımının ödənilməsi üçün tədbirlər görməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!