Əli Əsədov rusiyalı həmkarını təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov rusiyalı həmkarını təbrik etdi

Siyasət

16 Yanvar 2020 17:01 1070


Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustinə təbrik məktubu göndərib.

"Yeni Sabah" xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli Mixail Vladimiroviç, Rusiya Federasiyası Hökumətinin Sədri təyin olunmağınız münasibətilə səmimi təbriklərimi qəbul edin. Dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmətə əsaslanan Azərbaycan–Rusiya münasibətlərinin yüksək səviyyəsi xüsusilə təqdirəlayiqdir. Əminəm ki, birgə səylərlə ölkələrimiz arasında strateji tərəfdaşlığı gücləndirməyə, hər iki tərəf üçün səmərəli olan ticarət-iqtisadi və investisiya əməkdaşlığını genişləndirməyə nail ola biləcəyik. Azərbaycan ölkələrimizin dost xalqlarının faydası üçün bütün sahələrdə Rusiya ilə konstruktiv dialoqa ümid edir”. pizza hut

Baş Nazir Əli Əsədov Mixail Mişustinə möhkəm cansağlığı, rifah və məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!