Əli Əsədov taksilərə dair qərar imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov taksilərə dair qərar imzaladı

Sosial

14 Oktyabr 2025 14:19 3555


Nazirlər Kabineti taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul edib.

Yenisabah.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 000 müəyyən edilib. Sezar pizza

Taksi minik avtomobilləri ilə sərnişin daşımaları fəaliyyəti üçün icazələrin əlavələri Rəqabət Məcəlləsinə, "Lisenziyalar və icazələr haqqında" və "Avtomobil nəqliyyatı haqqında" qanunlara uyğun olaraq və müraciət zamanı növbəlilik nəzərə alınmaqla veriləcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin say həddinə dair təkliflərini hər təqvim ili avqustun 1-nə qədər Nazirlər Kabinetinə təqdim etməlidir.

Qərar noyabrın 1-dən qüvvəyə minir və qeyd olunan icazələrin əlavələrinin yeni say həddinin müəyyən olunduğu tarixə qədər qüvvədədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ramin
    17yaşım var prava istiyrəm maşın sarməyə 07maşın
    7 months ago