Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşdü

Siyasət

19 Dekabr 2019 16:14 1083


Dekabrın 19-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşüb.

Nazirlər Kabinetindən "Yeni Sabah"a daxil olan məlumata görə, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın fəaliyyətlərinin nəticəsində böyük enerji layihələrinin uğurla həyata keçirildiyi, qarşılıqlı investisiyaların və ticarət dövriyyəsinin artdığı qeyd olunub, iqtisadi əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məqamlara toxunulub.

Söhbət zamanı əlaqələrin blokada şəraitində olan Naxçıvanın iqtisadiyyatına müsbət təsiri vurğulanıb və bu proseslərin gələcəkdə də davam edəcəyinə əminlik ifadə olunub, habelə  ikitərəfli əməkdaşlığın digər gələcək perspektivləri müzakirə edilib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!