Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşdü

Siyasət

22 Yanvar 2025 20:34 136


Yanvarın 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdəki fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Əli Əsədov iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkür edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin yüksək səviyyəsi təqdir edilib, iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!