Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşdü

Siyasət

17 Mart 2025 20:41 241


Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin (NK) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş nazir Ə.Əsədov B.Akgünü Azərbaycanda diplomatik missiyasının başlaması münasibətilə təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb. Pepperoni pizza

Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin dövlət başçılarının birgə səyləri ilə müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatması məmnunluqla vurğulanıb.

İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!