Bu gün Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oktay Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova telefonla zəng edib.
Nazirlər Kabinetindən Yenisabah.az-a verilən məlumata görə, F.Oktay Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş torpaqların azad edilməsi işində Türkiyənin Azərbaycanın yanında olduğunu və hər cür yardım göstərməyə hazır olduqlarını bildirib.
Ə.Əsədov Türkiyə Respublikası rəhbərliyinin bütün səviyyələrdə Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. Toyuqlu pizza
Telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətlərə dair məsələləri müzakirə ediblər.
Telegram kanalımız