Əli Əsədov Türkiyənin vitse-prezidentinə məktub göndərdi

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov Türkiyənin vitse-prezidentinə məktub göndərdi

Siyasət

07 Avqust 2020 13:29 743


Azərbaycanın Baş Naziri Əli Əsədov ilə Türkiyənin vitse-prezidenti Fuat Oktay arasında Qurban bayramı münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

Yenisabah.az xəbər verir ki, Ə.Əsədov məktubunda F.Oktay və qardaş Türkiyə xalqını dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

Ə.Əsədov F.Oktaya möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkiyə xalqına bol ruzi və xeyir-bərəkət arzulayıb. Dominos pizza

Türkiyənin vitse-prezidenti Fuat Oktay məktubunda Azərbaycan və Türkiyə xalqları arasındakı qardaşlıq tellərindən güc alaraq inkişaf edən ikitərəfli strateji əməkdaşlığın bütün sahələrdə daha da möhkəmləndirilməsi istiqamətində iki ölkənin hökumətləri arasında mövcud olan həmrəyliyi yüksək qiymətləndirib.

F.Oktay Türkiyənin qardaş Azərbaycanın öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək istiqamətində qətiyyətli mübarizəsini bundan sonra da dəstəkləyəcəyini deyib. “Bu məsələ ilə əlaqədar qərarlığımızı can Azərbaycana qarşı son günlərdə edilən hücumlar zamanı da dünyaya elan etdik”, - deyə Türkiyənin Vitse-prezidenti bildirib.  

F.Oktay Baş Nazir Əli Əsədova möhkəm cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına rifah və xoş günlər arzulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!