Əli Əsədov vahid büdcə təsnifatını dəyişdi: Dövlət qulluqçularına - ŞAD XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov vahid büdcə təsnifatını dəyişdi: Dövlət qulluqçularına - ŞAD XƏBƏR

Sosial

29 Noyabr 2019 07:18 6575


 “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarında dəyişiklik edilib.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı”nın “222950. Əməyin mühafizəsi xərcləri” maddəsindən sonra “222960. Dövlət qulluqçularının əlavə təhsil xərcləri” maddəsi əlavə edilib.   Marqarita pizza

“Digər iş və xidmətlərin haqqının ödənilməsi” paraqrafında “222940. Əməyin mühafizəsi xərcləri” sözləri “222950. Əməyin mühafizəsi xərcləri”, “222960. Dövlət qulluqçularının əlavə təhsil xərcləri” sözləri ilə əvəz edilib.

“222950. “Əməyin mühafizəsi xərcləri” maddəsindən sonra aşağıdakı məzmunda maddə əlavə olunub:

“222960. “Dövlət qulluqçularının əlavə təhsil xərcləri” maddəsinə dövlət qulluqçularının əlavə təhsil xərcləri daxildir.

 “222990 “Sair xərclər” maddəsinə “dinləyicilərin” sözündən sonra “(dövlət qulluqçuları istisna olmaqla)” sözləri əlavə edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!