Əli Əsədovdan hərbi ixtisaslarla bağlı qərar - Yaş həddi endirildi

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədovdan hərbi ixtisaslarla bağlı qərar - Yaş həddi endirildi

Sosial

28 Dekabr 2019 07:04 1051


Nazirlər Kabinetinin “Azərbaycan Ordusu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 333 nömrəli qərarında dəyişiklik edilib.

"Yeni Sabah"ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabineti qərara alıb ki, həmin Qaydanın 3.2-ci bəndində “16” rəqəmi “15” rəqəmi ilə əvəz edilsin. Dominos pizza

Qeyd edək ki, qərarın müvafiq bəndində yazılmışdı ki, xüsusi hərbi ixtisaslar üzrə hazırlığa cəlb ediləcək vətəndaşların ilkin seçimi ilə bağlıdır.

Əvvəlki qərarda yazılmışdı ki, ilkin seçim Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində 16 yaşlı kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması zamanı aparılır və namizədlərin siyahısı hazırlanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!