Əli ətçəkən maşında qalan azyaşlının həyatı xilas edilib

saytların hazırlanması

Evə çatdırılma

Əli ətçəkən maşında qalan azyaşlının həyatı xilas edilib

Sosial

07 Oktyabr 2025 17:05 239


Əli ətçəkən maşında qalan 2 yaşlı körpə Göyçay Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Tibb müəssisəsində körpənin əli ətçəkən maşından çıxarılıb və ona zəruri tibbi yardım göstərilib.

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

27.08.2023-cü il təvəllüdlü körpəyə sağ əlin çoxsaylı əzilmiş, cırılmış yaraları diaqnozu təyin olunub və həkim-cərrahların peşəkarlığı, eyni zamanda çevik müdaxiləsi nəticəsində hər hansı ciddi xəsarət almadan xilas olunub. pizza hut

Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən azyaşlının vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Tövsiyə edirik ki, bu kimi halların təkrarlanmaması üçün valideynlər daha diqqətli olsunlar. Təhlükə riski daşıyan bu cür avadanlıqlar, mexaniki və elektrikli cihazlar uşaqların nəzarətsiz şəkildə yaxınlaşa bilməyəcəyi yerlərdə saxlanılmalıdır. Hər bir valideyn bilməlidir ki, ən sadə məişət əşyası belə azyaşlı üçün təhlükə mənbəyinə çevrilə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!