Əli Həsənov danışdı: “On-on beş günə Azərbaycana qayıdacağam”

saytların hazırlanması

Evə çatdırılma

Əli Həsənov danışdı: “On-on beş günə Azərbaycana qayıdacağam”

Siyasət

01 Sentyabr 2020 11:57 2041


“Bu gün bir çox sosial şəbəkə resurslarında “KİVDF-dəki qanunsuzluqlar və jurnalistlərə mənzillərin paylanılması ilə bağlı başlanan cinayət işinə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun təqsirləndirilən şəxs kimi cəlb edilməsi haqda” məlumat yayılıb. İddia olunub ki, guya “mənim Türkiyədə müalicə aldığım xəstəxana ilə əlaqə saxlanılıb və səhhətimin təyyarəyə minməyə imkan verib-vermədiyi öyrənilib. Ə.Həsənova deyilib ki, yaxın müddət də geri dönməsə, haqqında beynəlxalq axtarış elan ediləcək və qolu qandallı Azərbaycana gətiriləcək”.  pizza mizza

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə Əli Həsənov çıxış edib. O, bu xəbərə və Baş Prokurorluğun Mətbuat Xidmətinin açıqlamasına cavab olaraq deyib ki, mövcud cinayət işi ilə bağlı prokurorluq orqanlarının təqsirləndirilən şəxs kimi onunla maraqlanmaları və hansısa axtarış tədbirləri həyata keçirmələri haqqında yayılan məlumatların heç bir əsası yoxdur: “Mən hazırda Türkiyədə müalicədəyəm və yəqin ki, hər şey yaxşı keçsə on-on beş günə Azərbaycana qayıdacağam”.

  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!