Əli Həsənov həbs olunması xəbərindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Əli Həsənov həbs olunması xəbərindən danışdı

Siyasət

28 Dekabr 2019 07:31 2942


Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Əli Həsənov hava limanında saxlanılaraq geri qayatrılması və ölkədən çıxışına qadağa qoyulması barədə yayılan məlumatlara münasibət bildirib. 

"Yeni Sabah" bildirir ki, Əli Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir.

O, hazırda Almaniyada olduğunu söyləyib: Toyuqlu pizza

"Bu xəbərlər tamamilə yalandır. Mən indi Almaniyada xəstəxanadayam, müayinə keçirəm".

Qeyd edək ki, sabiq deputat Gülər Əhmədova Əli Həsənovun hava limanında saxlanılması barədə sosial şəbəkədə "status" yazıb və daha sonra həmin fikirlərini silib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!