Professor Əli Həsənov vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Professor Əli Həsənov vəfat etdi - Foto

Hadisə

13 Mart 2024 23:19 1128


Azərbaycan elminə ağır itki üz verib.

Yenisabah.az xəbər verir ki, professor, UNEC-in “İstehlak mallarının ekspertizası” kafedrasının müdiri Həsənov Əli Pənah oğlu vəfat edib.

Qeyd edək ki, o, 1937-ci il dekabr ayının 31-də Beyləqan rayonunda anadan olub. Marqarita pizza

1957-ci ildə orta məktəbi qızıl medalla bitirərək K.Marks adına Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1962-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib və kafedrada müəllim kimi fəaliyyətə başlayıb. 1962-1966-cı illərdə Universitetin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr müavini seçilib.

1962-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Sənaye malları əmtəəşünaslığı” kafedrasının assistenti olub.

1966-1988-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Sənaye malları əmtəəşünaslığı” kafedrasının dosenti;

1993-2000-ci illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun rektoru;

2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru;

2004-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakultəsinin dekanı vəzifələrində işləyib.

2011-ci ildən “Qeyri-ərzaq malları əmtəəşünaslığı” kafedrasının, 2020-ci ilə kimi UNEC-in “İstehlak mallarının ekspertizası” kafedrasının müdiri olub.

22.10.2020-ci il tarixdən UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının məsləhətçi-professorudur.

150-dən çox elmi əsərin, o cümlədən 27 dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın müəllifidir.

Müxtəlif illərdə fəxri fərmanlar, mükafatlarla qiymətləndirilib. 2010-cu ildə AR Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı, 2011-ci ildə isə “Şöhrət” ordeni ilə təltif olunub.

Prezident İlham Əliyevin 24 sentyabr 2020-ci il Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Əli Pənah oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Ailəlidir, dörd övladı var.

Bir 1 kişi görseli olabilir


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!