Əli Həsənov Vüqar Səfərlinin məhkəməsinə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Əli Həsənov Vüqar Səfərlinin məhkəməsinə çağırıldı

Kriminal

20 Avqust 2021 17:59 1729


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yenisabah.az xəbər verir ki, prosesdə vəkillərdən biri məhkəmədə şahid qismində dindirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun, onun oğlu Şamxal Həsənlinin və baldızı Gülər Vəliyevanın işə cəlb olunması ilə bağlı vəsatət verib.

Hakim vəsatətə növbəti prosesdə baxılacağını bildirib. pizza hut

Qeyd edək ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Növbəti proses sentyabrın 3-ə təyin olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!