Əli Həsənovun dostunun oğlu həbs edildi - Video

saytların hazırlanması

Evə çatdırılma

Əli Həsənovun dostunun oğlu həbs edildi - Video

Kriminal

25 Avqust 2021 15:30 3188


Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı biznesmen və tikinti maqnatı Mehrac Babayevin oğlu Ziya Babayev Moskvanın Vnukovo aeroportunda saxlanılıb. 

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, Ziya Babayev gizli yollarla ölkəyə ümumi dəyəri 36 milyon rubl olan (830 min manata yaxın) qızıl-zinət əşyalarını keçirmək istəyib. O, İstanbul-Moskva reysi ilə qayıdırmış və gömrükçülər tərəfindən yoxlama üçün dayandırılıb.

Yoxlama zamanı oliqarxın oğlundan “Breguet” saatları, “Tiffani” və “Dior” brendlərindən olan zinət əşyaları tapılıb. Bildirilir ki, gömrük rüsumlarını ödəməkdən yayınmaq cəhdinə görə Ziya Babayevi 7 ilə qədər həbs gözləyir. Habelə ona qarşı strateji mühüm materialların qaçaqmalçılığı ittihamı da irəli sürülə bilər, çünki məmulatların bəziləri platin və titandan hazırlanıb. Bu ittiham üzrə də onu 7 ilədək həbs gözləyərdi. pizza sifarişi

Mehrac Babayev Rusiyanın orta şərqində böyük tikinti biznesinə malikdir və onun “Verso” şirkətlər qrupu çoxsaylı yaşayış komplekslərinin inşasını həyata keçirib. Babayev Azərbaycan prezidentinin keçmiş köməkçisi Əli Həsənovun yaxın dostu hesab edilir və Bakıda “Jurnalistlər binası”nın tikintisini podratçı qismində onun şirkəti həyata keçirib. Hazırda bu binanın tikintisində yol verilmiş milyonlarla manatlıq korrupsiya işi üzrə məhkəmə gedir.

Mehrac Babayevin oğlu isə hələ 2009-cu ildə, İsveçrədə təhsil alarkən törətdiyi səs-küylü qəza ilə məşhurlaşıb və qalmaqala səbəb olub. Həmin il Ziya Babayev və daha iki zəngin dostu idarə etdiyi superbahalı avtomobillərlə Cenevrə küçələrində sürət yarışına çıxıblar. Bu zaman Babayevin idarə etdiyi “Lamborghini” pensiyaçının idarə etdiyi “Volkswagen Golf” avtomobilini vurub və sürücü ağır xəsarət alıb. Bu hadisə o vaxt Avropa, Rusiya və Azərbaycan mətbuatında böyük səs-küyə səbəb olmuşdu.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ruslan
    Bes ay Cirtdan, nenen kimdir, ne yaxma?, day bu qeder yaxmalama, ne yaxma. Ismayili ne yandirma, ne yaxma, ya başinda sindiracaq qoz geda. Deleduzu qëşeng qeleme alib, amma menim yadinda qalmayib. Deleduzu tarixe salib, ve salacaq.
    5 years ago
  • Ruslan
    Qadiri-Sübhandir maluki-Mehrac,, odur Qiyametin maluki Mehrac. Yalanin haramin maluki Mehrac, a lilu pud geda, a cirtqoz geda! Sen de uzundere çaldin qudurdun, Kaşire cengelin çaldin, qudurdun. On milyon dollari çaldin, qudurdun, men ise aldim qoz, satdim qoz geda!
    5 years ago
  • Ruslan
    Yeqin ki söhbet cindir moşennik Mehracdan gedir. Bizim Ismayila da böyük mebleqde pul atib qacib. Her zeng edende bir naqil uydururdu indi ise quduz dişlerini gösterir. Ismayilin yaninda şirvanib, quyruq buladiqi kecmişde qalib. Sonra da ele qudurdu ki, Ismayila aile üzvlerini oqurlamaqla hede geldi. Ismayil da bunun bir salamat yerini qoymadi.Cindir anlad ki, sehv salib, ancaq qacmaqa başladi. Indi men Ismayilin ona baqladiqi dastandan size yazacam az da olsa. Özünüz anlayacaqsiniz.
    5 years ago
  • Ismayil
    Bu Mehrac köhne deleduzlardandir. Hele xalq cebhesinin vaxtinda ordudan coxlu pul menimseyerek Rusiyaya qaçmişdir. H.Eliyevin vaxtinda on ilden çox axtarişda olaraq, Azerbaycandan didergin qalmişdi. Ancaq, H. Eliyev rehmete gedenden sonra, bütün arxivdeki cinayet işlerinin üstünü basdiraraq, yeniden Azerbaycana da haram elini uzatmişdir. Yeqin ki, çox güclü destekcileri var. Rusiyada olanda da, deleduzluqunu ve işverenliyini davam etdirib. Bunun deleduzluq işlerinde müellimi sabiq maliye naziri Saleh Memmedovdur. Coz adamlarin torbasini tikib, emlakini menimseyibler. Hetta, 2013-2014 illerde menim sayemde 10 milyon dollar pul "qazanaraq", menim özüme ise en azindan 300 min dollar pul atib, qaçiblar. Bunlarin mehebbeti Saleh maliye naziri olandan baş tutub. O vaxtdan elbue olub, ölkenin pullarina talan çekibler. Allah cezalarini versun. Ümumiyetle cinayetkardirlar, ustelik mehrac işverendir. Şerikini teleye salib, pullarini menimseyen yaramazdir. Oqlu Ziya haqda heç ne demek istemirem. Zennimce bele bir atanin övladi olmaaqin özü tehqirdir.
    5 years ago